...

Qazaxıstanın axtarışa verdiyi şəxs həbs edilərək ölkəsinə qaytarılıb

Cəmiyyət Materials 23 İyul 2025 11:58 (UTC +04:00)
Qazaxıstanın axtarışa verdiyi şəxs həbs edilərək ölkəsinə qaytarılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın axtarışa verdiyi şəxs həbs edilərək ölkəsinə qaytarılıb.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, 28.05.1999-cu il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Suyunov Darın Alislamoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, adam oğurluğu, qəsdən adam öldürmə və oğurluq cinayətlərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş D.A.Suyunov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti