Bakı. Trend:
Almaniyanın Kuxhaven limanında, Elba çayının Şimal dənizinə töküldüyü yerdə iki gəmi toqquşub.
Trend xarici KİV-lərə istiinadən xəbər verir ki, bu barədə Dənizdə Fövqəladə Hallar üzrə Mərkəzi Xidməti məlumat yayıb.
Məlumata görə, xəsarət alan olmayıb, lakin yanacaq sızması baş verib. Enerji istehsalı platformalarına xidmət edən Niderland bayrağı altında üzən 44 metrlik "Coastal Legend" gəmisi və 69 metrlik "Capella" alman tankeri toqquşub.
"Coastal Legend" zədələnib və yanacaq sızması başlayıb.