Bakı. Trend:
Rusiya və Ukrayna təxminən 1200 əsirin qarşılıqlı olaraq dəyişdirilməsini planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.
O həmçinin bildirib ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin daha 3 min hərbçisinin cəsədinin təhvil verilməsini də təklif edib.
Qeyd edək ki, bu gün İstanbulda Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu keçirilib.