Bakı. Trend:
Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda yerləşən binaların birində partlayış baş verib.
Trend xəbər verir ki, hadisə Bereketzade məhəlləsində, Yanıkkapı küçəsində yerləşən iki mərtəbəli binanın birinci mərtəbəsindəki köşkdə qeydə alınıb.
Partlayış binanın uçmasına səbəb olub.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.