Bakı. Trend:
Kiprdə baş alan meşə yanğınları havaların qızmar keçməsi və şiddətli küləklərin təsiri ilə daha da kəskinləşib. Artıq iki nəfərin həyatını itirdiyi bildirilir.
Trend ölkənin yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ada dövlətin güc strukturları məlumat yayıb.
Məlumata görə, yanğın zonasında mülki müdafiə xidmətinin əməkdaşları yanaraq tam məhv olmuş avtomobilin içindən iki insanın yanmış qalıqlarını aşkarlayıb.
Lofu kəndində bir neçə ev yanaraq kül olub. Avtobusla səyahət edən 36 nəfər “alov mühasirəsinə” düşsələr də, xilasedicilər onları təhlükəsiz zonaya təxliyə edə bilib.