...

Tayland-Kamboca sərhədində toqquşma - Ölənlər var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 24 İyul 2025 12:27 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Taylandda Kamboca ordusunun artileriya zərbəsi nəticəsində ölənlərin sayı 12 nəfər çatıb.

Trend xəbər verir ki, bu barədə “Reuters” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qurbanlardan 11-i mülki şəxsi, biri isə hərbçidir.

bundan əlavə, Kamboca ordusunun sərhəd boyunca hərbi təyinatlı pilotsuz uçuş aparatlarının tətbiqinə başladığı barədə məlumatlar yayılıb.

xxx

11:48

Kamboca ordusunun BM-21-Qrad yaylım atəş sistemindən atdığı mərmilərdən biri Taylandın Ban Pxue şəhərində yerləşən yanacaqdoldurma məntəqəsinə tuş gəlib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Artileriya zərbəsi nəticəsində həmin ərazidə olan 8 nəfərin həyatını itirdiyi bildirilir. Partlayışdan sonra məntəqədə yanğın meydana gəlib. Zərərəçəkənlərin xilasedicilər tərəfindən xəstəxanalara çatdırıldığı bildirilir.

xxx

10:03

Tayland və Kamboca sərhədində mübahisəli ərazi ilə bağlı meydana gələn gərginlik silahlı toqquşmalara yol açıb. Toqquşmalarada azı 2 mülki şəxsin həlak olduğu bildirilir.

Trend bu barədə “The Independent” nəşrinə istinadən xəbər verir.

Ölkələr bir-birini sərhədyanı yaşayış məntəqələrinə artilleriya zərbələri endirməkdə ittiham edirlər.

Tayland rəsmilərinin məlumatına görə, Surin əyalətinə Kambocadan edilən artilleriya hücumu nəticəsində azı 2 mülki şəxs ölüb, 5 nəfər yaralanıb. Tayland ordusu sərhədyanı 86 kənddən ümumilikdə 40 min sakini təhlükəsiz ərazilərə təxliyə edib.

Gərginlik fonunda Tayland havaya F-16 qırıcılarını qaldırıb və Kambocanın sərhədyanı ərazilərinə aviazərbələr endirib. Qeyd olunur ki, Tayland hava qüvvələrinin həyata keçirdiyi hücum nəticəsində Kambocanın Xüsusi Hərbi Region Komandanlığının 8 və 9-cu bölmələri hədəfə alınıb.

Kamboca Müdafiə Nazirliyi Taylandın hərbi əməliyyatlarını “məsuliyyətsiz və vəhşi aqressiya” kimi qınayıb, qonşu ölkəni atəşkəs gərginliyinin azaldılması üçün əldə edilmiş razılaşmanı pozaraq Kamboca qoşunlarına atəş açmaqda ittiham edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti