...

Fransa yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 25 İyul 2025 04:37 (UTC +04:00)
Fransa yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın xaricdəki kollektivinə daxil olan Mata-Utu, Uollis və Futuna adaları yaxınlığında 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Sakit okeanda, adalardan təxminən 175 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı isə 314 kilometr dərinlikdə olub.

Hazırda zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur. Rəsmilər ərazidə vəziyyəti izləməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti