...

Rahil Məmmədov "Araz-Naxçıvan"a keçir

İdman Materials 25 İyul 2025 05:51 (UTC +04:00)
Rahil Məmmədov "Araz-Naxçıvan"a keçir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov karyerasını ölkəmizdə davam etdirəcək. Təcrübəli müdafiəçi "Araz-Naxçıvan" klubu ilə razılığa gəlib.

Trend-in məlumatına görə, bu barədə məlumatı UEFA Konfrans Liqasındakı "Aris"lə oyundan sonra Naxçıvan Futbol Federasiyasının prezidenti və klubun faktiki rəhbəri Zaur Axundov verib.

Onun sözlərinə görə, 30 yaşlı futbolçu ilə danışıqlar yekunlaşıb və tezliklə rəsmi müqavilə imzalanacaq:

“Sonuncu transferimiz Rahil Məmmədovdur. O, hazırda Polşadadır və yaxın günlərdə "Araz-Naxçıvan"a qoşulacaq. Danışıqlar 99 faiz başa çatıb və transferini açıqlayacağıq”, – deyə Axundov bildirib.

Qeyd edək ki, Rahil Məmmədov son mövsümü Polşanın “Radomyak” klubunda keçirib.

Xəbər lenti

Xəbər lenti