...

Kristian Moskera karyerasını İngiltərədə davam etdirəcək

İdman Materials 25 İyul 2025 02:54 (UTC +04:00)
Kristian Moskera karyerasını İngiltərədə davam etdirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Valensiya" klubunun müdafiəçisi Kristian Moskera İngiltərənin "Arsenal" klubuna transfer olunub.

Trend-in məlumatına görə, London klubundan verilən açıqlamada bildirilib ki, 21 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Transferin dəyəri 15 milyon avro və əlavə 5 milyon avro bonus olmaqla ümumilikdə 20 milyon avro təşkil edir.

Qeyd edək ki, Moskera ötən mövsüm İspaniya La Liqasında 37 oyunda iştirak edib və bir qola imza atıb

Xəbər lenti

Xəbər lenti