...

Avropa İttifaqı ABŞ-yə qarşı 93 milyard avroluq əks rüsumlar paketinə hazırlaşır

Dünya xəbərləri Materials 25 İyul 2025 02:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın avqustun 1-dən Aİ məhsullarına tətbiq etməyi planlaşdırdığı yeni və yüksək gömrük rüsumlarına qarşı razılıq əldə olunmazsa, ABŞ-yə qarşı 93 milyard avroluq əks rüsumlar paketi hazırlayıb.

Trend-in Almaniya mətbuatına istinadla yaydığı məlumata görə, ABŞ məhsullarına qarşı nəzərdə tutulan 30%-dək gömrük rüsumlarının siyahısı Aİ-nin 27 üzv ölkəsi arasında razılaşdırılıb. Əgər ABŞ ilə bu məsələ üzrə razılıq əldə olunmazsa, cavab tədbirləri avqustun 7-dən qüvvəyə minə bilər.

Hazırda Aİ və ABŞ transatlantik ticarət münaqişəsinin daha da dərinləşməsinin qarşısını almaq məqsədilə danışıqları davam etdirir. Tramp iki həftə əvvəl Aİ məhsullarına qarşı rüsumların tətbiq olunacağını elan etmiş və Aİ-yə cavab tədbirlərindən çəkinməsi barədə xəbərdarlıq etmişdi.

Buna baxmayaraq, Aİ-nin cavab tədbirləri ABŞ-ın planlaşdırdığı rüsumlarla müqayisədə daha yumşaqdır. ABŞ-nin 30% rüsum tətbiqi Aİ məhsullarının təxminən 370 milyard avroluq hissəsinə təsir göstərəcək ki, bu da transatlantik ticarətə ciddi zərbə vuracaq.

Avropa Komissiyası ABŞ ilə razılığa gəlmək üçün bütün səyləri göstərdiyini və kompromisin yaxın vaxtlarda əldə olunacağına ümid etdiyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti