Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş Kamboca və Tailand arasında baş verən sərhəd münaqişəsindən dərin narahatlıq ifadə edib.
Trend-in məlumatına görə, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq keçirilən brifinqdə məlumat verib.
“Baş katib Kamboca və Tailand sərhədində baş verən silahlı toqquşmaları narahatlıqla izləyir. O, hər iki tərəfi maksimum təmkin nümayiş etdirməyə və fikir ayrılıqlarını sülh və dialoq yolu ilə həll etməyə çağırır”, – deyə Haq bildirib.