...

Polşa Ottava Konvensiyasından çıxmaq qərarını rəsmiləşdirdi

Dünya xəbərləri Materials 24 İyul 2025 22:43 (UTC +04:00)
Polşa Ottava Konvensiyasından çıxmaq qərarını rəsmiləşdirdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa Prezidenti Andjey Duda ölkənin piyada əleyhinə minaların istehsalı, istifadəsi və saxlanılmasını qadağan edən Ottava Konvensiyasından çıxmasına dair qanunu imzalayıb.

Trend-in məlumatına görə, bu barədə məlumat Polşa Prezident Administrasiyasının rəsmi saytında dərc olunub.

Qeyd edək ki, daha əvvəl Polşa parlamenti ölkənin konvensiyadan çıxmasının lehinə səs vermişdi.

Xatırladaq ki, Polşa bu ilin mart ayında Baltikyanı ölkələr və Finlandiya ilə birlikdə Ottava Konvensiyasından çıxmaq niyyətində olduğunu bəyan etmişdi.

Xəbər lenti

Xəbər lenti