...

"Araz-Naxçıvan" avrokubokda qələbə ilə debüt etdi

İdman Materials 24 İyul 2025 22:05 (UTC +04:00)
"Araz-Naxçıvan" avrokubokda qələbə ilə debüt etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Premyer Liqasının bürünc medalçısı "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində avrokubokdakı ilk oyununu keçirib.

Trend-in məlumatına görə, Elmar Baxşıyevin başçılıq etdiyi komanda "Dalğa Arena"da Yunanıstanın "Aris" klubu ilə qarşılaşıb.

Oyunun ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra qonaq komanda önə keçsə də, "Araz-Naxçıvan" geridönüş edərək qələbəni əldən verməyib.

Təmsilçimizin qollarını Felipe Santos və Patrik Andrade vurublar. Nəticədə "Araz-Naxçıvan" 2:1 hesablı qələbə ilə cavab görüşü öncəsi üstünlük qazanıb.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul

20:00. "Araz-Naxçıvan" - "Aris" 2:1

Xəbər lenti

Xəbər lenti