...

"Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirdi

İdman Materials 24 İyul 2025 23:15 (UTC +04:00)
"Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı təmsilçisi "Sabah" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Trend-in məlumatına görə, təmsilçimiz Moldovada "Petrokub" klubunun qonağı olub.

Baş məşqçi Valdas Dambrauskasın rəhbərlik etdiyi "Sabah" Kişineuda qələbə ilə ayrılıb. Qeyd edək ki, Azərbaycan kubokunun sahibi Avropa Liqasında Sloveniya "Selye"sinə məğlub olmuşdu və bu dəfə qitənin üçüncü dərəcəli klub turnirində məğlubiyyəti kompensasiya edib.

Uzun müddət hesab açmaqda çətinlik çəkən "Sabah" 82-ci dəqiqədə kapitan Pavol Safrankonun qolu ilə önə keçib. Son dəqiqədə vurulan əlavə qol sayəsində təmsilçimiz Bakıya böyük üstünlüklə qayıdır.

Xəbər lenti

Xəbər lenti