...

“Chevron” şirkətinə Venesuelada neft hasilatını bərpa etməyə icazə verilib

Dünya xəbərləri Materials 24 İyul 2025 23:51 (UTC +04:00)
“Chevron” şirkətinə Venesuelada neft hasilatını bərpa etməyə icazə verilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası “Chevron” şirkətinə Venesuelada neft hasilatını yenidən bərpa etməyə icazə verib.

Trend xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Məqalədə qeyd olunur: “Chevron Tramp administrasiyasından Venesuelada yeni neft qazma icazəsi alıb.” Müqavilənin təfərrüatları hazırda tam açıqlanmasa da, bu qərarın Donald Tramp və dövlət katibi Marko Rubionun son müzakirələrinin nəticəsi olduğu bildirilir. Eyni zamanda bu razılaşma ABŞ ilə Venesuela arasında 10 amerikalının azad olunmasına dair əldə olunan razılıqdan sonra baş verib.

Nəşrə danışan iki mənbənin sözlərinə görə, razılaşmanın şərtlərinə əsasən, Venesuela hökuməti hasilatdan heç bir vergi və ya qonorar almayacaq.

Xəbər lenti

Xəbər lenti