...

Rusiyadan Ermənistanda təbii qaz təchizatı dayandırılıb

Dünya xəbərləri Materials 24 İyul 2025 09:51 (UTC +04:00)
Rusiyadan Ermənistanda təbii qaz təchizatı dayandırılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyadan Ermənistana təbii qaz təchizatı Gürcüstan ərazisində boru xəttində gedən təmir işləri ilə əlaqədar müvəqqəti olaraq dayandırılıb.

Trend xəbər verir ki, bu barədə “Qazprom-Armeniya” QSC məlumat yayıb.

"Gürcüstan ərazisində "Şimali Qafqaz - Cənubi Qafqaz" tranzit magistral qaz kəmərinin "Qazax-Saquramo" sahəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar olaraq 24 iyul saat 07:00-dan 26 iyul saat 19:00-dək Ermənistana təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq", - deyə məlumatda bildirilir.

Şirkət qeyd edir ki, bu müddət ərzində istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İrandan təchiz olunan əlavə təbii qaz həcmləri hesabına fasiləsiz və etibarlı şəkildə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti