Bakı. Trend:
19 iyun – 6 iyul tarixlərində Fransada əvvəlki dövrlərlə müqayisədə 480 əlavə ölüm faktı qeydə alınıb. Bu da kəskin istilər dövrünə təsadüf edir.
Trend xəbər verir ki, bu statistikanı Fransanın İctimai Səhiyyə Agentliyi yayıb.
Agentlik hesab edir ki, bu artım anomal istilər səbəbindən baş verib. Zərərçəkənlərin demək olar hamısı yaşı 75-i ötmüş şəxslərdir. Daha dəqiq statistika avqustda elan olunacaq.