...

Pentaqon Ukraynaya silah və avadanlıq satışını təsdiqləyib

Dünya xəbərləri Materials 24 İyul 2025 08:48 (UTC +04:00)
Pentaqon Ukraynaya silah və avadanlıq satışını təsdiqləyib

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi Ukraynaya 322 milyon dollar dəyərində silah və avadanlıq satışını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmi açıqlamasında bildirilib.

Satışın təxminən 172 milyon dolları "HAWK Phase III" raket sistemləri, təminat sistemləri və peyk avadanlıqlarına ayrılıb.

Qalan 150 milyon dollar isə "Bradley" döyüş maşınları, onların təmiri və texniki dəstəyi üçün nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti