Bakı. Trend:
Filippində leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində azı 19 nəfər həyatını itirib, 11 nəfər isə itkin düşüb.
Trend-in məlumatına görə, təbii fəlakət səbəbindən 70-ə yaxın yerli və beynəlxalq aviareys ləğv edilib. Onminlərlə insan daşqınlardan zərər çəkmiş ərazilərdən təxliyə olunub.
Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.