Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 432,198 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 76,114 milyon manat, yaxud da 21,4% çoxdur.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, sığorta ödənişlərində ən çox artım olan şirkət “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti olub.
Belə ki, şirkət 2,894 milyon manat sığorta ödənişi edib ki, bu da, illik müqayisədə 24,7 dəfə artım deməkdir.
Bəhs olunan dövrdə sığorta ödənişləri ən çox azalan şirkət “İpəkyolu Sığorta” ASC olub. Bu şirkət 27 min manat sığorta ödənişi edib ki, bu da, illik müqayisədə 8,7 dəfə azalma deməkdir.
Yanvar-iyun aylarında üzrə sığorta ödənişlərinin dinamikasına görə, şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:
Şirkət adı |
2025 (min manat) |
2024 (min manat) |
İllik dinamika (%) |
"Meqa Həyat Sığorta" |
2 894 |
117 |
2 373,5 (24,7 dəfə) |
“Atəşgah” Sığorta Şirkəti |
19 459 |
10 131 |
92,1 |
“Qala Sığorta” |
12 551 |
6 724 |
86,7 |
"Aqrar Sığorta" |
4 443 |
2 851 |
55,8 |
“Azərbaycan Sənaye Sığorta” |
5 907 |
4 352 |
35,7 |
“AtaSığorta” |
2 599 |
1 929 |
34,7 |
“Paşa Həyat Sığorta” |
263 583 |
201 969 |
30,5 |
“Meqa Sığorta” |
7 843 |
6 388 |
22,8 |
“Atəşgah Həyat” Sığorta Şirkəti |
32 351 |
26 550 |
21,8 |
“AzSığorta” |
1 061 |
872 |
21,7 |
"Xalq Həyat" Sığorta Şirkəti |
3 207 |
3 140 |
2,1 |
“Paşa Sığorta” |
64 929 |
64 330 |
0,9 |
“Xalq Sığorta” |
4 705 |
5 052 |
-6,9 |
“A-Qroup Sığorta Şirkəti” |
5 370 |
6 923 |
-22,4 |
“Qala Həyat” Sığorta Şirkəti |
1 267 |
3 192 |
-60,3 (2,5 dəfə) |
“İpək Yolu Sığorta” |
27 |
236 |
-88,5 (8,7 dəfə) |