...

Rusiyada qəzaya uğrayan təyyarədəki sərnişin və ekipaj üzvlərinin hamısı ölüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 24 İyul 2025 11:28 (UTC +04:00)
Rusiyada qəzaya uğrayan təyyarədəki sərnişin və ekipaj üzvlərinin hamısı ölüb (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlkin məlumata görə, qəzaya uğrayan “An-24” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.

Trend xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qəzanın baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvi göstərilib.

xxx

11:07

Rusiyanın Amur vilayətində yoxa çıxmış “An-24” təyyarəsi Tında yaxınlığında qəzaya uğrayıb.

Trend bu barədə “Interfaks”a istinadən xəbər verir.

İtki sayı barədə hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, təyyarənin göyərtəsində 40 sərnişin və 6 heyət üzvü olub.

xxx

10:15

Rusiyanın Amur vilayətində Xabarovks-Blaqoveşensk-Tında marşrutu ilə uçan “An-24” sərnişin təyyarəsi ilə rabitə kəsilib.

Trend xəbər verir ki, bu barədə “Interfaks” bölgənin fövqəladə xidmətlərinə istinadən məlumat yayıb.

“An-24 təyyarəsi Xabarovsk–Blaqoveşensk–Tında marşrutu üzrə hərəkət edirdi. Marşrutun son nöqtəsinə yaxınlaşarkən nəzarət zonasından keçə bilməyib. Onunla əlaqə yoxdur”, – deyə fövqəladə xidmətlərdən bildirilib.

Qeyd olunub ki, təyyarə Tındada ilk cəhddə eniş edə bilmədiyindən təkrar dövrə etmək istərkən radarlardan itib. Təyyarədə 40 sərnişin və 6 heyət üzvü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti