...

Azərbaycan və Bolqarıstan Hərbi Hava Qüvvələrinin qarşılıqlı təcrübə mübadiləsi müzakirə edilib (FOTO)

Gündəm Materials 24 İyul 2025 13:08 (UTC +04:00)
Azərbaycan və Bolqarıstan Hərbi Hava Qüvvələrinin qarşılıqlı təcrübə mübadiləsi müzakirə edilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan və Bolqarıstan Hərbi Hava Qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Aviasiya vasitələrinə texniki qulluq” mövzusunda ekspert görüşü keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə qonaqlara aviasiya təhlükəsizliyi mövzusunda brifinq təqdim olunduqdan sonra geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Ekspert görüşü zamanı qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb, eləcə də bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti