...

Dövlət və özəl banklar iqtisadiyyata kredit qoyuluşunu artırıb

İqtisadiyyat Materials 24 İyul 2025 13:16 (UTC +04:00)
Dövlət və özəl banklar iqtisadiyyata kredit qoyuluşunu artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 30,188 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 290 milyon manat və ya 1%, 2024-cü ilin iyunun 1-nə nisbətən isə 3,7 milyard manat və ya 13,9% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 7,4 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 84,9 milyon manat və ya 1,2%, illik müqayisədə isə 956,9 milyon manat və ya 14,8% artım deməkdir.

Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 20,980 milyard manatı özəl bankların payına düşüb. Bu isə cari ilin mayın 1-nə olan göstərici ilə müqayisədə 205,1 milyon manat və ya 1%, ötən illin iyunun 1-nə olan göstəriciyə nisbətən isə 2,3 milyard manat və ya 12,1% çoxdur.

Bundan başqa, bu ilin iyunun 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,802 milyard manat olub ki, bu da, aylıq müqayisədə dəyişməz qalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 462,2 milyon manat və ya 34,5% çoxdur.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 24,5%-ni, özəl banklar tərəfindən kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,5%-ni, bank olmayan kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit qoyuluşunun 6%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti