...

Rusiya və Ukrayna arasında danışıqlar daha konstruktiv istiqamətdə irəliləyir - Hakan Fidan

Dünya xəbərləri Materials 24 İyul 2025 09:32 (UTC +04:00)
Rusiya və Ukrayna arasında danışıqlar daha konstruktiv istiqamətdə irəliləyir - Hakan Fidan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyə hesab edir ki, Rusiya və Ukrayna arasında aparılan birbaşa danışıqlar daha konstruktiv və nəticəyə yönəlmiş istiqamətdə irəliləyir.

Trend xəbər verir ki, bunu Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan bildirib.

“Ümumilikdə, məmnuniyyətlə qeyd edirik ki, danışıqlar daha konstruktiv və nəticəyə yönəlmiş istiqamətdə davam edir”, – deyə o, çərşənbə günü İstanbulda keçirilmiş Ukrayna üzrə üçüncü birbaşa danışıqlar raundunun yekunlarını şərh edərkən bildirib.

“Türkiyənin İstanbulda təşkil etdiyi Rusiya-Ukrayna danışıqlarında tərəflərin həll yolunda ümumi iradə konstruksiyasına daha bir kərpic əlavə olundu. Müharibənin ilk günündən etibarən nizamlanmaya nail olmağa çalışan ölkəmiz Rusiya və Ukrayna arasında davamlı sülhün bərqərar olunması üçün səylərini davam etdirəcək”, – deyə Fidan vurğulayıb.

Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna tərəfinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov başçılıq edib. Tərəflər hərbi əsirlərin yeni mübadiləsi və humanitar məsələlər üzrə, o cümlədən, işçi qrupların tərkibində fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti