...

Somali Azərbaycan və Türkiyə ilə bir sıra sahələrdə əməkdaşlıq fəaliyyəti göstərə bilər - XİN rəhbəri

Siyasət Materials 24 İyul 2025 13:01 (UTC +04:00)
Somali Azərbaycan və Türkiyə ilə bir sıra sahələrdə əməkdaşlıq fəaliyyəti göstərə bilər - XİN rəhbəri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Somali Azərbaycan və Türkiyə ilə bir sıra sahələrdə əməkdaşlıq fəaliyyəti göstərə bilər.

Trend xəbər verir ki, bunu Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Türkiyə ilə Somali arasında çox güclü münadibətlər var. Ticarət, təhlükəsizlik, təbii sərvətlər sahəsində əlaqələrimiz var.

Üç ölkə bir sıra sahələrdə əməkdaşlıq fəaliyyəti göstərə bilər.

Türkiyə bizim üçün çox yaxşı partnyordur. Azərbaycandan da eyni münasibəti görürük", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti