...

Xarici maliyyə mənbələrindən Azərbaycana yatırılan investisiyaların həcmi 31%-ə yaxın artıb

İqtisadiyyat Materials 24 İyul 2025 12:40 (UTC +04:00)
Xarici maliyyə mənbələrindən Azərbaycana yatırılan investisiyaların həcmi 31%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 2,003 milyard manat məbləğində investisiya edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 470,7 milyon manat və ya 30,7% artıb.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 1,403 milyard manatı neft-qaz sektoru, 600 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk altı ayındakı göstərici ilə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 5,8%, qeyri-neft-qaz sektoru üzrə isə 2,6 dəfə artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8,073 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya yönəldilib.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5 faiz artıb. Ümumi sərmayənin 4,067 milyard manatı və ya 50,4 faizi məhsul istehsalı sahələrinin, 2,672 milyard manatı (33,1 faizi) xidmət sahələrinin, 1,333 milyard manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti