Bakı. Trend:
Xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
Trend xəbər verir ki, bu barədə bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan Geniş Kollegiya iclasında məlumat verilib.
Məlumata görə, onlardan 1-nə irad bildirilib, 7-nə töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.
Hesabat dövründə nümunəvi fəaliyyətlərinə görə 132 prokurorluq işçisi həvəsləndirilib, 44 nəfər vəzifədə irəli çəkilib, eyni zamanda işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 50 ştat vahidi üzrə 27-ci növbəti müsabiqə elan edilib.