...

Türkiyədə həlak olan 10 yanğınsöndürənin meyiti DNT ekspertizasına verilib

Dünya xəbərləri Materials 24 İyul 2025 13:37 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Eskişehir vilayətində meşə yanğınları ilə mübarizə zamanı həlak olan 10 nəfərin meyiti DNT analizi üçün Ankaraya çatdırılıb.

Trend xəbər verir ki, bir gün əvvəl AKUT təşkilatının beş könüllüsü və beş nəfər meşə təsərrüfatı işçisi Eskişehir vilayətinin Seitqazi meşə sahəsində yanğın zonasını tərk edə bilməyib.

Səlahiyyətlilərin bildirdiyinə görə, faciə yanğının güclü külək nəticəsində qəfil istiqamətini dəyişməsindən sonra baş verib.

Həlak olanların cəsədləri əvvəlcə Afyonkarahisar Dövlət Xəstəxanasına, daha sonra paytaxta aparılıb. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesinin tamamlanmasını gözləyən yanğınsöndürənlərin qohumları və yaxınları Ankaraya gəliblər.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunc bildirib ki, Eskişehir və Afyonkarahisar vilayətlərinin prokurorluqları ölkənin on vətəndaşının ölümü ilə bağlı cinayət işi açıb.

Bu arada, Türkiyə Səhiyyə Nazirliyi meşə yanğını zonasında xəsarət alan 6 nəfərdən 7-sinin xəstəxanalardan evə buraxıldığını, birinin vəziyyətinin ağır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti