Bakı. Trend:
Vitali Stepanovski "Neftçi" basketbol komandasının yeni baş məşqçisi təyin olunub.
Klubdan Trend-ə verilən məlumata görə, ukraynalı mütəxəssis əvvəllər “Ximik” (Ukrayna), “Craiova” (Rumıniya) komandalarının və Ukrayna millisinin baş məşqçisi olub.
Onun sonuncu iş yeri isə Estoniya təmsilçisi “Parnu” olub. Vitali Stepanovski həmin komandada da baş məşqçi kimi çalışıb.
Qeyd edək ki, Vitali Stepanovskinin köməkçiləri həmyerlisi Oleq Qonçarov və gürcüstanlı Daviti Çivçivadze olacaq.