...

Kompüter elmləri, informasiya təhlükəsizliyi sahəsində qadınların iştirakı dəfələrlə artıb - Nazir müavini

Cəmiyyət Materials 24 İyul 2025 12:25 (UTC +04:00)
Kompüter elmləri, informasiya təhlükəsizliyi sahəsində qadınların iştirakı dəfələrlə artıb - Nazir müavini
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Kompüter elmləri, informasiya təhlükəsizliyi sahəsində qadınların iştirakı dəfələrlə artıb.

Trend xəbər verir ki, bunu “İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

Onun sözlərinə görə, finala çıxan 11 komandanın izlənilməsi, layihələrin izlənilməsi üçün lazımi dəstək göstəriləcək:

"Nazirlik olaraq bu sahənin bütün vətəndaşlar, o cümlədən, qadınlar üçün əlçatan olması məqsədilə tədbirlər həyata keçirilir. Qadınların bu sahəyə olan marağı 4 ilin statistikasında özünü göstərir. Kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi sahəsində qadınların iştirakı dəfələrlə artıb. Xüsusi olaraq informasiya təhlükəsizliyi sahəsini göstərmək istəyirəm. Burada qadınların iştirakı dəfələrlə artıb".

S.Məmmədov qeyd edib ki, bu tədbirlər qadınların rəqəmsal iqtisadiyyatdakı rolunu təkmilləşdirir:

"Qlobal İnnovasiya İndeksi kimi hesabatlarda da bu aspekt nəzərə alınır. Məhz bu indeksdə yer alan indikatorlardan biri – elmi dərəcəyə və yüksək ixtisasa sahib xanımların əmək bazarına inteqrasiyası – ölkənin innovasiya qabiliyyətini ölçən mühüm göstəricilərdən biridir. Bir neçə ildir ki, bu göstərici üzrə Azərbaycanın mövqeyi 13.7 xalla 133 ölkə arasında 57-ci pillədədir.".

Xəbər lenti

Xəbər lenti