...

Ağdamda növbəti güclü yanğın: helikopter cəlb olunub (YENİLƏNİB)

Hadisə Materials 24 İyul 2025 18:47 (UTC +04:00)
Ağdamda növbəti güclü yanğın: helikopter cəlb olunub (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda baş verən güclü yanğın hadisəsinə əlavə kömək cəlb edilib

Trend-in Qarabağ bürosunun xəbərinə görə, rayonun Gülablı kəndində baş verən yanğın genişlənərək ətraf ərazilərə yayılıb.

Bu səbəbdən də əraziyə kömək üçün FHN-nin Ağcabədi, Yevlax şəhərlərindən əlavə yanğınsöndürən maşınları və işçi qüvvələri cəlb edilib.

Hazırda Yevlax rayon yanğınsöndürən briqadası yanğın baş verən əraziyə çatıb.

Digər Ağcabədi rayon yanğınsöndürən əməkdaşları hadisə yerinə çıxış edib. Hazırda ərazidə 1 helikopter, 4 yanğınsöndürən avtomobili və işçi qüvvələri yanğınsöndürmə əməliyyatını davam etdirir.

xxx

14:03

Ağdamda növbəti güclü yanğın başlayıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, güclü yanğın rayonun Gülablı kəndi istiqamətində müşahidə olunur.

Hazırda FHN-in yanğınsöndürən əməkdaşları kənd istiqamətinə hərəkət edir.

Xəbər lenti

Xəbər lenti