...

Markus Reşford "Barselona"ya keçib

İdman Materials 24 İyul 2025 04:23 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın "Barselona" komandası heyətinə yeni futbolçu cəlb edib.

Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin "Mançester Yunayted" klubundan Markus Reşfordu icarə əsasında birillik heyətinə qatıb.

Qeyd edək ki, Reşford ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib.

Xəbər lenti

Xəbər lenti