Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 432,198 milyon manat sığorta ödənişi edilib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 76,114 milyon manat, yaxud da 21,4% çoxdur.
Belə ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 356,084 milyon manat sığorta ödənişi edilmişdi.
Bəhs olunan dövrdə ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” ASC (263,6 milyon manat) olub. İkinci yerdə 64,9 milyon manat ödənişlə “Paşa Sığorta” ASC, üçüncü yerdə 32,3 milyon manat sığorta ödənişi ilə “Atəşgah Həyat” Sığorta Şirkəti qərarlaşıb.
Yanvar-iyun aylarında sığorta ödənişlərinə görə şirkətlərin renkinqi ilə aşağıdan tanış ola bilərsiniz:
Şirkət adı |
Məbləğ (min manat) |
“Paşa Həyat Sığorta” |
263 583 |
“Paşa Sığorta” |
64 929 |
“Atəşgah Həyat” Sığorta Şirkəti |
32 351 |
“Atəşgah” Sığorta Şirkəti |
19 459 |
“Qala Sığorta” |
12 551 |
“Meqa Sığorta” |
7 843 |
“Azərbaycan Sənaye Sığorta” |
5 907 |
“A-Qroup Sığorta Şirkəti” |
5 370 |
“Xalq Sığorta” |
4 705 |
“Aqrar Sığorta” |
4 443 |
“Xalq Həyat” Sığorta Şirkəti |
3 207 |
“Meqa Həyat Sığorta” |
2 894 |
“AtaSığorta” |
2 599 |
“Qala Həyat” Sığorta Şirkəti |
1 267 |
“AzSığorta” |
1 061 |
“İpək Yolu Sığorta” |
27 |