...

Əldə edilən razılaşmalar ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinə səbəb olacaq - Ceyhun Bayramov

Siyasət Materials 24 İyul 2025 12:52 (UTC +04:00)
Əldə edilən razılaşmalar ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinə səbəb olacaq - Ceyhun Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əldə edilən razılaşmalar ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinə səbəb olacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə bu gün Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib.

"Somalidən olan nazirə bölgədəki vəziyyət, azad edilmiş ərazilərdə görülən işlər, keçmiş məcburi köçkünlərin öz ərazilərinə qayıtmaları və Azərbaycan-Ermənistan münasibətləri barədə məlumat verdim.

2025-ci ildə Moqadişoda keçirilən siyasi məsləhətləşmələrin növbəti illərdə də keçirilməsi olduqca vacibdir.

Burada əldə edilən razılaşmalar ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinə səbəb olacaq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti