...

Neft Fondunun investisiya portfelində xarici valyutaların payı açıqlandı

İqtisadiyyat Materials 23 İyul 2025 16:08 (UTC +04:00)
Neft Fondunun investisiya portfelində xarici valyutaların payı açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ilin iyulun 1-i tarixinə cəmi investisiya portfeli 66,5 milyard dollar təşkil edib.

Trend bu barədə ARDNF-yə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövrünə Fondun investisiya portfelinin xarici valyutalar üzrə bölgüsünə əsasən vəsaitlərin 66,5%-ni ABŞ dolları təşkil edir.

Vəsaitlərin 20,9%-ni avro, 5,1%-ni ingilis funt sterlinqi, 2,4%-ni Çin yuanı, 1,4%-ni Yapon yeni, 3,7%-ni isə digər valyutalar təşkil edir.

Fondun ABŞ dolları portfelinin 19,1 milyard dollarlıq hissəsini (28,8%) qızıl investisiyaları təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti