Bakı. Trend:
İran iyulun 25-i peykini Rusiyanın Vostoçnı Kosmodromundan “Soyuz” raketi ilə kosmosa göndərəcək.
Trend xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Məlumata görə, buraxılış İran vaxtı ilə saat 09:54-də baş tutacaq.
İran Kosmik Agentliyi və Kosmik Araşdırmalar Mərkəzinin loqoları raketin üzərində əks olunub.