...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 23 İyul 2025 12:27 (UTC +04:00)
Sabah hava necə olacaq?
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

İyulun 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +34 dərəcədən +38 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +23 dərəcədən +28 dərəcəyədək, gündüz +36 dərəcədən +41 dərəcəyədək, dağlarda gecə +13 dərəcədən +18 dərəcəyədək, gündüz +25 dərəcədən +30 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti