Bakı. Trend:
Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi ən tez bir zamanda qəbul olunacaq.
Trend xəbər verir ki, belə bir bəyanatla Fransanın Avropa məsələləri üzrə nazir-deleqat Bencamen Addad “France Inter” radiostansiyasının efirində çıxış edib.
“Biz gərək öz tərəfdaşlarımızla işləyək. Biz məhz Fransanın fəal mövqeyi sayəsində bir-birinin ardınca Aİ-nin 17-ci və 18-ci sanksiyalar paketini qəbul etdik”, - deyə o bildirib.
Onun sözlərinə görə, əsas məqsəd Rusiyaya maksimum təzyiqin göstərilməsi və onun resurslarının, ələlxüsus da enerji potensialının tükədilməsi olmalıdır.
Bundan əvvəl Fransanın XİN rəhbəri Jan-Noel Barro “France Inter”ə verdiyi açıqlamada Fransanın Rusiyaya qarşı Aİ-nin yeni sanksiyalar paketini hazırlayacağını bəyan etmişdi.