...

Azərbaycanda fəaliyyət göstərən bankların nizamnamə kapitalına görə renkinqi

İqtisadiyyat Materials 23 İyul 2025 19:19 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən bankların nizamnamə kapitalına görə renkinqi
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların nizamnamə kapitalının həcmi açıqlanıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, nizamnamə kapitalının həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın nizamnamə kapitalının həcmi 1,281 milyard manat təşkil edib.

İkinci sırada 415,6 milyon manat nizamnamə kapitalı ilə "Xalq Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 378 milyon manat nizamnamə kapitalı ilə "Yelo Bank" qərarlaşıb.

Nizamnamə kapitalının həcmi ən az olan bank isə "Bank of Baku" olub. Bankın nizamnamə kapitalının həcmi 52,870 milyon manat təşkil edib.

Qeyd edək ki, nizamnamə kapitalı bir şirkətin təsis edildiyi zaman səhmdarlar və ya təsisçilər tərəfindən qoyulan və qanunla müəyyən edilən minimum maliyyə vəsaitidir. Bu kapital şirkətin hüquqi şəxs olaraq fəaliyyətə başlamaq və müəyyən öhdəlikləri yerinə yetirmək üçün tələb olunan ilkin vəsaitdir.

Banklar Nizamnamə Kapitalı (Min manat)
1 ABB 1 281 271,39
2 Xalq Bank 415 596,74
3 YeloBank 378 000,00
4 PAŞA Bank 354 512,00
5 VTB Bank 315 815,00
6 Kapital Bank 265 850,00
7 Premium Bank 174 601,00
8 UniBank 138 200,39
9 AccessBank 121 750,00
10 Expressbank 112 545,00
11 RabitəBank 101 300,08
12 Turan Bank 100 006,00
13 AzərTürk Bank 79 000,00
14 Bank Respublika 73 961,09
15 Bank Melli Iran 73 611,17
16 Bank Avrasiya 71 800,00
17 BTB Bank 71 450,00
18 AFB Bank 70 393,46
19 ZiraatBank 65 500,00
20 Azərbaycan Sənaye Bankı 60 000,00
21 YapıKrediBank 55 380,70
22 Bank of Baku 52 870,00
Məqalədə:
Xəbər lenti

Xəbər lenti