Bakı. Trend:
İsrail və Həmas Qəzzada atəşkəsin elan olunması ilə bağlı aparılan danışıqlarda mübahisə doğuran əksər məsələləri razılaşdırıblar.
Trend xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.
Nəşrin Səudiyyə Ərəbistanının “Al-Hadath” telekanalına istinadən verdiyi məlumata əsasən, İsrail tərəfi danışıqlarda ömürlük həbs cəzası çəkən 125 fələstinli məhbusun və 7 oktyabr 2023-cü ildən sonra həbs olunmuş 1100 məhkumun azad olunmasını təklif edib.
Qarşı tərəfdən bunun müqabilində nələrin tələb olunduğu bildirilmir.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında Qətər, Misir və ABŞ vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs sazişi bağlanmışdı. Lakin bu atəşkəsin növbəti mərhələsi üzrə danışıqlar iflasa uğradığından 1 mart 2025-ci il tarixində—İsrail fələstin anklavında hərbi əməliyyatları tammiqyaslı şəkildə bərpa edib.