...

Xaricdən əczaçılıq məhsullarının alışı 14%-ə yaxın azalıb

İqtisadiyyat Materials 22 İyul 2025 21:00 (UTC +04:00)
Xaricdən əczaçılıq məhsullarının alışı 14%-ə yaxın azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycana 10 min ton miqdarında, 259,4 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, əczaçılıq məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1,6 min ton və ya 13,8% azalıb, dəyər ifadəsi ilə 11,4 milyon ABŞ dolları, yaxud da 4,6% artıb.

Belə ki, ötən ilin ilk yarısında Azərbaycana 11,6 min ton miqdarında, 248 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edilmişdi

Əczaçılıq məhsullarının idxalı cari ilin birinci yarısında idxal edilmiş ümumi məhsulların 2,25%-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti