...

Azərbaycan vətəndaşları ötən ay Türkiyədən mənzil alışını 40%-ə yaxın artırıb

İqtisadiyyat Materials 23 İyul 2025 10:55 (UTC +04:00)
Azərbaycan vətəndaşları ötən ay Türkiyədən mənzil alışını 40%-ə yaxın artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin iyun ayında Türkiyədə Azərbaycan vətəndaşlarına 71 mənzil satılıb.

Trend bu barədə Türkiyə Statistika İnstitutundan məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20 mənzil və ya 39,2% çoxdur. Belə ki, 2024-cü ilin iyun ayında Azərbaycan vətəndaşları Türkiyədən 51 mənzil almışdı.

İyun ayında Türkiyədə xaricilərə 1 565 mənzil satışı həyata keçirilib. Əcnəbilərə mənzil satışı iyun ayında əvvəlki ilin eyni ayına görə 8,7% artıb. İyun ayında xaricilərə mənzil satışı ümumi mənzil satışlarının 1,5%-ni təşkil edib. Yanvar-iyun aylarında xaricilərə ev satışları illik müqayisədə 10,6% azalaraq, 9354-ə düşüb. İyun ayında ən çox ev satışı Rusiya Federasiyası (326), Ukrayna (111) və İran (109) vətəndaşlarına olub.

İyunda Azərbaycan vətəndaşları Türkiyədən mənzil alışında 6-cı yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti