Bakı. Trend:
"Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Yassin Benzianın Səudiyyə Ərəbistanında çıxış edəcəyi rəsmiləşib.
Trend xəbər verir ki, 30 yaşlı əlcəzairli futbolçu Pro Liqaya vəsiqə qazanmış "Əl-Hazem" klubu ilə razılıq əldə edib.
Xatırladaq ki, Benzia 2023-cü ilin fevralından 2025-ci ilin may ayına qədər "Qarabağ"ın heyətində çıxış edib.
O, daha əvvəl "Lill", "Lion", "Fənərbağça" və "Olimpiakos" kimi tanınmış klubların da formasını geyinib.