Bakı. Trend:
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinə bir görüşlə start verilib.
Trend xəbər verir ki, ilk oyun günündə Kosovo təmsilçisi "Ballkani" Maltanın "Floriana" komandası ilə qarşılaşıb.
Görüş "Ballkani"nin 4:2 qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, UEFA Konfrans Liqasında mübarizə aparacaq təmsilçilərimizdən "Zirə" iyulun 23-də Xorvatiyanın "Hayduk", iyulun 24-də meydana çıxacaq "Araz-Naxçıvan" Yunanıstanın "Aris" klubu ilə, "Sabah" isə Moldovanın "Petrokub" klubu ilə üz-üzə gələcək.