...

Tehranda İran, Rusiya və Çin arasında üçtərəfli görüş keçirilib

Dünya xəbərləri Materials 23 İyul 2025 03:27 (UTC +04:00)
Tehranda İran, Rusiya və Çin arasında üçtərəfli görüş keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tehranda İran, Rusiya və Çin nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş baş tutub.

Trend xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Danışıqlarda əsas müzakirə mövzusu İranın nüvə proqramı və sanksiyaların aradan qaldırılması olub.

Tərəflər bildiriblər ki, bu sahədə fəaliyyətlərin koordinasiyasını təmin etmək üçün sıx məsləhətləşmələri davam etdirmək niyyətindədirlər. Həmçinin “yaxın həftələrdə” müxtəlif səviyyələrdə görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti