Bakı. Trend:
İtaliyanın “Fiorentina” futbol klubunun keçmiş müdafiəçisi Selesta Pin vəfat edib. 64 yaşlı futbolçunun cansız bədəni Florensiya şəhərindəki evində aşkarlanıb.
Trend bu barədə ANSA agentliyinə istinadən xəbər verir.
Agentliyin verdiyi məlumata görə, ölüm səbəbi kimi intihar versiyası istisna edilmir. Lakin hüquq-mühafizə orqanları hələlik bu barədə rəsmi açıqlama verməyib.
Pin 1982-1991-ci illərdə “Fiorentina” klubunun forması ilə 200 dəfə yaşıl meydanlara çıxıb.
O, bundan başqa, “Peruca”, “Verona” və “Siena” kimi italyan klublarının şərəfini qoruyub.