Bakı. Trend:
"Microsoft SharePoint" proqram təminatına edilən haker hücumu ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsinə də təsir edib.
Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadla məlumat yayıb.
Bildirilib ki, cinayətkarlar məxfi məlumatlara çıxış əldə edə bilməyiblər. Nazirlik hücumun quruma minimal təsir etdiyini, mütəxəssislərin isə artıq zərər görmüş sistemlərin bərpası üzərində işlədiyini açıqlayıb.
Məlumata görə, hücumdan ABŞ-nin Təhsil Nazirliyi, bəzi ştat qurumları, Avropa və Yaxın Şərq ölkələrinin hökumət sistemləri də zərər çəkib.
"Microsoft" iddia edir ki, hücumların arxasında Çinlə əlaqəli olduğu güman edilən "Linen Typhoon" və "Violet Typhoon" adlı qruplaşmalar dayanır.