...

Əfsanəvi musiqiçi Ozzi Ozborn vəfat edib

Dünya xəbərləri Materials 22 İyul 2025 22:22 (UTC +04:00)
Əfsanəvi musiqiçi Ozzi Ozborn vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyaca məşhur "heavy-metal" ulduzu, "Black Sabbath" qrupunun qurucularından biri olan Ozzi Ozborn 76 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

Musiqiçi bir neçə həftə öncə "Black Sabbath" qrupunun digər üzvləri ilə yenidən bir araya gələrək pərəstişkarları üçün vida konserti vermişdi.

Ailəsinin yaydığı açıqlamada deyilir:
"Sözlərlə ifadə edilə bilməyəcək dərəcədə böyük bir kədərlə sevgilimiz Ozzi Ozbornun bu səhər dünyasını dəyişdiyini elan edirik. O, ailəsinin əhatəsində və sevgi ilə vidalaşdı."

Ozzi Ozborn musiqi tarixində iz qoyan ifaları, səhnə performansları və "heavy metal" janrına verdiyi töhfələrlə yadda qalıb. Onun vəfatı dünya musiqi ictimaiyyətində böyük kədər doğurub.

Xəbər lenti

Xəbər lenti