...

Dəməşqdə Səudiyyə Ərəbistanı–Suriya investisiya forumu keçiriləcək

Dünya xəbərləri Materials 23 İyul 2025 00:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın vaxtlarda Dəməşqdə Səudiyyə Ərəbistanı ilə Suriya arasında investisiya forumu təşkil olunacaq.

Trend xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi məlumat yayıb.

Nazirlik tədbirdən əvvəl sərmayədarları qarşılıqlı səfərlər etməyə və iki ölkə arasında əməkdaşlıq imkanlarını araşdırmağa çağırıb. Bildirilib ki, nümayəndə heyətlərinin səfərləri üçün vizaların verilməsinə artıq başlanılıb.

Səudiyyə tərəfi, həmçinin Suriyada fəaliyyət göstərmək istəyən investorlar üçün vörkşoplar (praktiki seminarlar) təşkil edir.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyanın rəhbərliyi ilə iş adamlarından ibarət nümayəndə heyəti Suriyaya səfər edib. Səfər çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub və gələcək layihələrə dair ilkin razılaşmalar əldə edilib.

Xəbər lenti

Xəbər lenti