Bakı.Trend:
Paytaxtın Xəzər, Binəqədi, Qaradağ və Səbail rayonlarında Xəzər dənizinin sahilboyu ərazilərində keçirilən növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması halları aşkar edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə ümumilikdə 15 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbirlər görülüb.
Bir daha diqqətə çatdırırıq ki, qeyd olunan profilaktik tədbirlər ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlib.